
Cəllad
Şöhrətpərəst və hiyləgər Amavas qurduğu məkrli planlar sayəsində seçkilərdə qalib gələrək yerli administrasiyanın rəhbəri vəzifəsini tutur. Əldə etdiyi gücü və mövqeyi əldən vermək istəməyən yeni rəhbər çox keçmədən cinayət yolunu seçir və hakimiyyət naminə hər cür qanunsuzluğa əl atır.
Nənəsi və babasının himayəsində böyüyən oğlu Kranti isə illər sonra atasının əsl simasından xəbərdar olur. O, atasının törətdiyi qanlı əməlləri, ən əsası isə anasının ölümünə məhz onun bais olduğunu öyrənir. Həqiqəti anlayan gənc atasından qisas almaq qərarına gəlir.
Hindistan istehsalı olan «Jallaad» filminin rejissoru T.L.V. Prasad tərəfindən lentə alınıb. 1995-ci ildə ekranlara çıxan bu dramatik döyüş filmində baş rolları Mithun Çakraborti, Madhu, Mouşumi Çatterci və Kader Xan canlandırıblar.
«Cəllad» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 15 sentyabr 1995
- Ölkə
- Hindistan
- Rejissor
- T.L.V. Prasad
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Həvəskar birsəsli, Birsəsli kadrarxası, Zee TV
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 155 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın