
Ram Shastra
Təsadüfi bir hadisə Ram Sinha adlı gəncin taleyini büsbütün dəyişir. Silahlı hücum zamanı polis komissarının həyatını qurtaran Ram cinayətkar qruplaşmanın başçısı Dhonqanın beş illik həbs cəzası almasına səbəb olur. Nüfuzlu cinayətkar isə dəmir barmaqlıqlar arxasına düşməzdən əvvəl intiqam alacağına and içir.
Xilas edilən komissarın köməyi ilə Ram polis sıralarına qəbul edilir. O, yeni həmkarı ilə birlikdə cinayətkarlara qarşı barışmaz mübarizəyə başlayır. Lakin cəza müddəti başa çatan Dhonqa azadlığa çıxır və əsas məqsədi dürüst müfəttişdən və onun yaxınlarından qisas almaq olur.
1995-ci ildə Hindistanda istehsal olunmuş «Ram Shastra» döyüş filminin rejissoru Sancay Quptadır. Əsas rolları Ceki Şroff, Manişa Koirala, Dipti Bhatnaqar və Aditya Pançoli ifa ediblər.
«Ram Shastra» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 10 noyabr 1995
- Ölkə
- Hindistan
- Rejissor
- Sancay Qupta
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Peşəkar çoxsəsli, Zee TV
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın