
Çevik reaksiya qadınları
Zabit Çanın başçılıq etdiyi Honkonq polis heyəti qitə daxilindəki Quansi bölgəsinə yollanır. Onlar Çanın həmkarını qətlə yetirən təhlükəli cinayətkar Tonq Hakın izinə düşüblər. Əvvəlki məhkəmə prosesində yetərli sübut tapılmadığından bəraət alan bu qanunsuz dəstə başçısını yaxalamaq üçün əməliyyat başladılır.
Honkonq detektivləri axtarış tədbirlərini yerli hüquq-mühafizə orqanları ilə birgə aparmaq qərarına gəlirlər. İstintaqa və əməliyyata dəstək məqsədilə kapitan Vendi Vunun komandanlığı altında olan qadın xüsusi təyinatlı elit dəstəsi cəlb edilir. İki fərqli komanda güclərini birləşdirərək qaçan mafiozun izinə düşür.
«Lui fei foo» adlı döyüş filmi 2000-ci ildə Honkonqda istehsal olunub. Ekran əsərinin quruluşçu rejissoru Binq Çan Çunqdur. Əsas rolları Entoni Von, Kerri Nq, Ho Minq Lün və Cevel Li canlandırıblar.
«Çevik reaksiya qadınları» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2 noyabr 2000
- Ölkə
- Honkonq
- Rejissor
- Binq Çan Çunq
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- den904
- Müddət
- 87 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın