
Böyük sövdələşmə
Honkonqda iki qadın oğru varlıların malını əlindən alaraq ehtiyacı olan kasıblara paylayır. Onların bu əməllərinə son qoymaq istəyən hüquq-mühafizə orqanları yerli qadın müfəttişi işə təyin edir. Axtarışları gücləndirmək üçün isə Çindən təcrübəli bir xəfiyyə dəstək olaraq dəvət olunur.
Polislər soyğunçuların izinə düşdüyü bir ərəfədə yeni bir təhlükə baş qaldırır. Qızların müəlliminin qədim rəqibi Honkonqun ən məharətli oğrusu olduğunu hamıya sübut etmək qərarına gəlir. Nəticədə tərəflər arasında gərgin və təhlükəli bir mübarizə başlayır.
«Böyük sövdələşmə» (Tou shen gu zu) 1992-ci ildə Honkonqda çəkilmiş komediya və döyüş filmidir. Ekran işinin rejissorluğunu Qrey Lau və Toni Lyu edib, baş rollarda isə Mun Li, Yukari Oşima, Yuen Va və Tommi Von çəkiliblər.
«Böyük sövdələşmə» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın