
Pik saatı
Los-Ancelesdə çinli konsulun azyaşlı qızının qaçırılması diplomatı kömək axtarmağa məcbur edir. O, vaxtilə Honkonqda uşağa kunq-fu dərsi keçmiş müfəttiş Lini ABŞ-a çağırır. Lakin FTB əməkdaşları işə kənar birinin qarışmasını istəmir və asayiş keşikçilərindən gələn qonağın başını qatmağı xahiş edirlər.
Bu tapşırıq Los-Anceles polisinin ən səs-küylü və zəhlətökən xəfiyyəsi Karterə həvalə olunur. Onun əsas vəzifəsi çinli həmkarını gəzintiyə çıxarıb əməliyyatdan uzaq tutmaqdır. Lakin çoxsaylı anlaşılmazlıqlardan və mübahisələrdən sonra bu iki fərqli polis birləşərək qızcığazı xilas etmək qərarına gəlir.
Rejissor Brett Ratnerin çəkdiyi «Pik saatı» kriminal komediyası eyniadlı franşizanın ilk filmidir. 1998-ci ildə ABŞ-da istehsal olunan filmin baş rollarını Ceki Çan, Kris Taker, Elizabet Penya və Tom Uilkinson canlandırıb.
«Pik saatı» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 9 sentyabr 1998
- Ölkə
- ABŞ
- Rejissor
- Brett Retner
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Dublyaj
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 98 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın