
Shao Lin yu Wu Dang
Şaolin məbədindəki hazırlığını başa vuran Tun Çençen monastırı tərk edir. Müəllimi ona valideynlərini qətlə yetirən mancurlardan intiqam almağa tələsməməyi və digər məktəb yoldaşı Hu Veyçeni axtarıb tapmağı tapşırır. Çox keçmədən digər Şaolin şagirdləri də onların dəstəsinə qoşulur.
Eyni vaxtda rəqib Vudan klanının rəhbəri Kantona dörd döyüşçü yollayır. Onların qarşısına çıxan bütün Şaolin nümayəndələrini məhv etmək tələb olunur, lakin Vudan döyüşçülərindən biri rəhbərinin bu amansız qərarı ilə razılaşmır.
1980-ci ildə çəkilmiş Honq-Konq istehsalı olan «Shao Lin yu Wu Dang» filmi döyüş və dram janrlarını birləşdirir. Ekran əsərinin quruluşçu rejissoru Çan Çedir, əsas obrazları isə Men Lo, Şenq Çianq, Li Vanq və Fenq Lu canlandırıb.
«Shao Lin yu Wu Dang» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın