
İnsan dərisindən fənərlər
Hər yerdə birinci olmağa can atan Lun qonşuluğunda yaşayan usta Tan ilə səngiməyən rəqabət aparır. Hər il təşkil edilən fənər yarışması onların mübarizəsində xüsusi yer tutur. Qarşıdakı tədbirdə qələbəni təmin etmək istəyən inadkar döyüşçü qeyri-adi bir fənər düzəltmək üçün Çun-Fana müraciət edir.
Keçmişdə adlı-sanlı qılınc ustası olan sənətkar Lun ilə təkbətək döyüşdə uduzaraq üzündən ağır yara almış və tərki-dünya həyata qapılmışdır. Sifarişçi keçmiş rəqibinin köhnə uğursuzluqla barışdığını düşünsə də, təhqir olunmuş usta qisas almaq üçün əlverişli fürsət gözləyir.
«İnsan dərisindən fənərlər» filmi ənənəvi döyüş səhnələrini qorxu janrının elementləri ilə birləşdirir. Honkonq istehsalı olan bu 1982-ci il ekran əsərinin quruluşçu rejissoru Çunq Sundur. Əsas obrazları Toni Lyu, Çen Kuantay, Lo Le və Ten Ni canlandırıb.
«İnsan dərisindən fənərlər» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın