
Məhəbbət işığı
Varlı sahibkar Raqhupati Raca ilə onun yeganə oğlu Krişna Raca Kumarın dünyagörüşü kəskin fərqlənir. Xeyirxahlığı sərvətdən üstün tutan gənc, atası ilə mübahisəyə girir. Öz gücünə güvənən oğul, ailəsinin pulundan və nüfuzundan imtina edərək təkbaşına yaşamaq şərtini qəbul edir və doğma evindən ayrılır.
Bhimaracu adını götürən baş qəhrəman Lanka Naqaram adlı kəndə üz tutur. Burada o, Cyoti adlı bir gənc qız və onun ailəsi ilə tanış olur. Çox keçmədən yeni gələn gənc, kənd əhalisini sıxan yerli zülmkar Ramaracuya qarşı açıq mübarizəyə başlayır.
1983-cü ildə Hindistanda istehsal olunmuş «Rama Rajyamlo Bheermaraju» filminin rejissoru Kodanda Rami Reddi A.-dır. Ekran əsərinin baş rollarını Krişna Qattamaneni, Şridevi, Racendra Prasad və Çandramohan canlandırıblar.
«Məhəbbət işığı» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1983
- Ölkə
- Hindistan
- Rejissor
- Kodanda Rami Reddi A.
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Гумрал
- Müddət
- 147 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın