
Böyük qumarbaz
Mühüm hərbi sirlərin oğurlanmasından sonra general-mayor Sen Varma təhlükənin qarşısını almağa çalışır. O, vəziyyəti xilas etmək məqsədilə gizli agent Vicayı təyyarə ilə Romaya göndərir. Həmin vaxt sənədlərin oğurlanmasında əli olan Qoadan olan iş adamı Kundun Şarma da agenti zərərsizləşdirmək üçün ardınca silahlı adamları Rameş və Şəbnəmi yollayır.
Eyni vaxtda Portuqaliyanın paytaxtı Lissabonda başqa bir plan qurulur. Ratanda ailəsindən olan imkanlı hindistanlı dostu Dipçandın yeganə qızına ər tapmaq qərarına gəlir. O, bu məqsədlə öz kazinosunun peşəkar oyunçusu Coyu işə cəlb edir. Coy onun oğlunu canlandırıb qızla evlənməli, əvəzində isə ailənin var-dövlətinin yarısına sahib çıxmalıdır.
Rejissor Şakti Samantanın çəkdiyi «Böyük qumarbaz» (The Great Gambler) filmi 1979-cu ildə Hindistanda istehsal olunub. Döyüş və triller janrındakı ekran əsərində baş rolları Amitabh Baçan, Zinat Aman, Nitu Sinqh və Prem Çopra paylaşıblar.
«Böyük qumarbaz» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 6 aprel 1979
- Ölkə
- Hindistan
- Rejissor
- Şakti Samanta
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Формат АВ
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
- Müddət
- 164 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın