
Bu adam təhlükəlidir
Patrul xidmətində çalışan Hao və Vey cinayət axtarış şöbəsinə təyinat alırlar. Həmkarları ilə birgə gecə klubunda əylənən gənclər Şandun dəstəsinin rəhbəri Lun ilə mübahisə edirlər. Asayiş keşikçilərinin ayıq olmadığını görən cinayətkarlar onlara hücum çəkərək xidməti tapançalarını mənimsəyir və bu silahlarla Vyetnam qruplaşmasının üzvlərini qətlə yetirirlər.
Polis tezliklə cinayətkarların izinə düşür və yaranan toqquşmada Hao quldurbaşının qardaşı Byaonu öldürür. Təqibdən yayına bilən Lun isə qisas almaq qərarına gəlir və polis əməkdaşları ilə amansız qarşıdurmaya başlayır.
1985-ci ildə Honkonqda çəkilmiş «Bu adam təhlükəlidir» kriminal döyüş filminin rejissoru Conni Vandır. Əsas rollarda Çin Siu-Ho, Çun Çin-Pan, Menq Lo və Conni Van çıxış edirlər.
«Bu adam təhlükəlidir» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın