
Kələkbaz
Aktyor olmaq istəyən kasıb Rajkumar Kakkar adlı gənc zəngin Rana Şantidas ilə zahirən bir almanın iki yarısı qədər oxşardır. O, bu vəziyyətdən istifadə edərək varlı adamın adından çıxış etməyə və onun dəbdəbəli həyatını yaşamağa başlayır. Tezliklə Rajkumar Şanti adlı qıza aşiq olur və ona əslində kim olduğunu etiraf edir. Qızın atası bu izdivaca qarşı çıxsa da, Şanti sevdiyi adamla ailə qurmağa razılaşır.
Eyni zamanda varlı Rana Şantidas ciddi təhdidlərlə üzləşir. Şantaj olunan zəngin adam təqibçilərindən qorunmaq üçün gizlənmək məcburiyyətində qalır. O, xilas yolunu heç kimin diqqətini çəkməyən kasıb Kakkarın yerinə keçməkdə görür.
1978-ci ildə Hindistanda istehsal olunmuş «Phandebaaz» komediya döyüş filminin rejissoru Samir Qanqulidir. Ekran əsərində əsas rolları Dharmendra, Mouşumi Çatterci, Prem Çopra və Satiyendra Kapur canlandırıblar.
«Kələkbaz» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 7 iyul 1978
- Ölkə
- Hindistan
- Rejissor
- Samir Qanquli
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Гумрал
- Müddət
- 150 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın