
Jaani Dushman
Cvala Prasad sevdiyi qadınla evlənir, lakin ilk nikah gecəsi dəhşətli xəyanətlə başa çatır. Gəlin sevgilisi uğruna ərini qətlə yetirir. Can verən kişi qisas hissi ilə canavara çevrilərək hər iki xaini məhv edir və ətrafdakı digər gəlinləri oğurlamağa başlayır.
Bəylərdən biri bədheybəti öldürməyi bacarsa da, şər ruh yox olmur. O, həmin bəyin bədəninə daxil olaraq qurbanlarını təqib etməkdə davam edir. Nə ovçular, nə də polis qüvvələri sirli varlığın qarşısını ala bilmir, çünki onun növbəti dəfə kimin cildinə girdiyini heç kim təxmin edə bilmir.
1979-cu ildə çəkilmiş Hindistan istehsalı "Jaani Dushman" filminin quruluşçu rejissoru Rackumar Kohlidir. Döyüş, detektiv və qorxu elementlərini birləşdirən lentdə baş rolları Sunil Datt, Sanciv Kumar, Şatruqxan Sinha və Vinod Mehra canlandırıb.
«Jaani Dushman» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 22 may 1979
- Ölkə
- Hindistan
- Rejissor
- Rac Kumar Kohli
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Həvəskar birsəsli, Bollywood HD
- Müddət
- 162 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın