
Ağ və qara
Hindistan knyazlıqlarından birinin hökmdar ailəsində əkiz oğlanlar doğulsa da, düşmənlər saraya hücum edərək xalq varislərin gəlişindən xəbər tutmamış hökmdarı qətlə yetirirlər. Vəfalı xidmətçilər körpələri xilas edə bilsələr də, ana əsir düşür. Qardaşların yolları ayrılır: oğlanlardan birini general Pritvi Sinqx böyüdür, digəri isə quldurların əhatəsində böyüyür.
İllər sonra bir-birlərindən xəbər tutan qardaşlar birləşərək analarını azadlığa qovuşdururlar. Çox keçmədən hər ikisi şahzadə Anuradhaya aşiq olur və onunla evlənmək arzusuna düşür. Lakin qız seçimini açıqlamamış atalarının taxtını ələ keçirmiş Şamşir Sinqx onu qaçırır. Şahzadələr düşməni məğlub etməli və gözəl Anuradhanın kiminlə qalacağını aydınlaşdırmalıdırlar.
1972-ci ildə Hindistanda istehsal olunmuş «Gora Aur Kala» filminin rejissoru Nareş Kumardır. Ekran əsərində baş rolları Racendra Kumar, Hema Malini, Rekha və Prem Nat canlandırıblar.
«Ağ və qara» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1972
- Ölkə
- Hindistan
- Rejissor
- Naresh Kumar
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Həvəskar çoxsəsli
- Müddət
- 140 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın