
Əlibaba və Mərcanə
«Əlibaba və Mərcanə» macəra filminin baş qəhrəmanı Mərcanə adlı əsir qızı qurtarmaq üçün qardaşından borc pul götürür. Az vaxt keçdikdən sonra məlum olur ki, xilas edilmiş bu gənc qız əslində şahzadədir. Çox keçmədən Əlibaba təsadüfən quldur dəstəsinə məxsus saysız-hesabsız xəzinə ilə dolu gizli bir mağara tapır və ordan bir qədər qızıl götürür.
Lakin qardaşının tamahkarlığı ucbatından mağaranın sirri açılır. Baş verənlərdən xəbər tutan quldurlar sərvətlərini oğurlayanların izinə düşür. Beləliklə, hər iki qardaş amansız soyğunçuların qisas hədəfinə çevrilir və həyatları təhlükə altına düşür.
Hindistan istehsalı olan bu döyüş və macəra filmi 1977-ci ildə rejissor Kedar Kapur tərəfindən çəkilib. Baş rolları Urmila Bxatt, Birbal, Caqdip və Pinçu Kapur canlandırıblar.
«Əlibaba və Mərcanə» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1977
- Ölkə
- Hindistan
- Rejissor
- Kedar Kapur
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Zee TV
- Müddət
- 154 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın