
Bhai Ho To Aisa
Varlı Thakur iki fərqli xasiyyətli oğul böyüdür. Dindar və təvazökar Bharat keşiş qızı Rupa ilə nişanlandığı halda, böyük qardaşı Ram vaxtını içki və əyləncə məclislərində keçirir. Böyük oğlunun seyfdən pul oğurladığını görən ata bu zərbəyə dözməyərək ürək tutmasından dünyasını dəyişir. O, bütün var-dövlətini kiçik oğlu Bharat və Ramın həyat yoldaşı Qayatriyə vəsiyyət edir.
Vəsiyyətdən narazı qalan Ram əmisi ilə birləşərək kiçik qardaşını aradan götürmək qərarına gəlir. Qəsddən xəbər tutan Bharat dostu Caqqi ilə bərabər Mangal Sinqh adlı quldur cildinə girərək öz ölümünü səhnələşdirir. Qardaşını öldürdüyünü zənn edən Ram həmin bu qulduru saraya gətirir. Kiçik qardaş Ramı islah etməyə çalışdığı bir vaxtda gözlənilmədən özü özünü qətlə yetirməkdə ittiham olunur.
«Bhai Ho To Aisa» filmi Hindistan kinematoqrafçıları tərəfindən 1972-ci ildə ekranlaşdırılıb. Dram, döyüş və komediya janrlarını birləşdirən ekran əsərinin quruluşçu rejissoru Manmohan Desaidir. Əsas obrazları Citendra, Hema Malini, Şatruqxan Sinha və Bipin Qupta canlandırıblar.
«Bhai Ho To Aisa» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 11 may 1972
- Ölkə
- Hindistan
- Rejissor
- Manmohan Desai
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Həvəskar çoxsəsli, АС3 2сh@192
- Müddət
- 130 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın