
Khoon Aur Paani
Varlı mülkədar Thakur Vikram Sinqh su götürdüyünə görə yoxsul kəndli Şankarı qətlə yetirir. Atasının ölümünə şahid olan Ram qisas almağa qərar verir. O, gecə ikən mülkədarın evinə daxil olaraq onu və böyük qardaşını güllələyir, sonra isə polislərdən gizlənmək üçün qaçır.
Baş verən hadisə ailəni bir-birindən ayrı salır; ana və övladlar illərlə ayrı yaşayırlar. İllər keçdikcə Ram cinayət yolunu seçir, qardaşı Lakşman isə qorxmaz bir polis müfəttişinə çevrilir. Tale onları gözlənilmədən yenidən qarşı-qarşıya gətirir.
Hindistan istehsalı olan «Khoon Aur Paani» filmi 1981-ci ildə rejissor Çand tərəfindən çəkilib. Döyüş və dram janrındakı bu ekran əsərində baş rolları Feroz Xan, Citendra, Rekha və Pərvin Babi ifa edir.
«Khoon Aur Paani» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın