
Kunq-fu ana
Şandun əyalətindən olan və döyüş sənətlərini dərindən bilən yaşlı qadın nəvələri ilə birlikdə itkin düşmüş övladlarını axtarmaq üçün Şanxaya yollanır. Yad şəhərdə dolanışıqlarını təmin etmək məqsədilə onlar küçələrdə döyüş hərəkətləri və müxtəlif fəndlər göstərərək çıxış edirlər.
Qısa müddət sonra qəhrəman ailəsinin başına gələnləri öyrənir. Bəlli olur ki, yerli cinayətkar dəstənin rəhbəri onun oğlunu qətlə yetirib, qızını isə əsir saxlayır. Həqiqəti bilən qəzəbli ana qisas almaq və qızını xilas etmək qərarına gəlir.
«Kunq-fu ana» (Shan dong lao niang) filmi 1973-cü ildə Tayvan və Honq Konq birgə istehsalı ilə çəkilib. Döyüş və dram janrındakı ekran əsərinin rejissoru Lanq Kindir, əsas rolları Qem Quk Tse, Çinq Çinq Çanq, Cimmi Vanq Yüy və Tan Sin ifa edirlər.
«Kunq-fu ana» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın