
Qanlı intiqam
Həbsxanadan qaçmağı bacaran beş təhlükəli cinayətkar qisas arxasınca düşür. Onlar üç il əvvəl özlərini dəmir barmaqlıqlar arxasına salmış təqaüddə olan polis Jiang Taonun izinə düşərək evinə hücum edir və keçmiş asayiş keşikçisini həyat yoldaşı ilə birlikdə qətlə yetirirlər.
Evə dönən qızları Cuifeng valideynlərinin cansız bədənləri ilə qarşılaşır. Döyüş sənətinə dərindən bələd olan gənc qız qatilləri tapıb cəzalandırmağı qarşısına məqsəd qoyur. Çox keçmədən atası vaxtilə Jiang Tao ilə birlikdə təlim keçmiş Wei Chuan adlı döyüşçü də ona qoşulur və hər ikisi cinayətkarların arxasınca düşür.
«Chao Zhou hu nu» filmi 1974-cü ildə Tayvanda istehsal olunub və döyüş janrında çəkilib. Ekran əsərinin rejissoru Wang Xinglaidir. Əsas obrazları Lin Fengjiao, Tao-Liang Tang, Te-Ren Liu və Chao-Hsun Meng canlandırıblar.
«Qanlı intiqam» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1 mart 1973
- Ölkə
- Tayvan
- Rejissor
- Wang Xinglai
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Береговых, Виктор Береговых
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın