
Geet
Kəşmir dağlarında məşhur teatr aktrisası Kamla ilə musiqi istedadına sahib olan çoban Sarcu qarşılaşır və bir-birlərinə vurulurlar. Gənc oğlan rəhmətlik müəlliminin qarğışından çəkindiyi üçün istedadını pula satmaqdan imtina edir və şəhərə getmək istəmir. Taleyin hökmü ilə bacısı Canki ilə birlikdə Dehliyə gələn Sarcu sevdiyi qadının köməyi ilə tezliklə səhnədə böyük şöhrət qazanır.
Saf təbiətli Sarcu çalışdığı teatrın rəhbəri Kunvarın yoluna çıxdığını fərqinə varmır. Kamlaya aşiq olan teatr sahibi rəqibini aradan qaldırmaq və məqsədinə çatmaq üçün həm Sarcunu, həm qızın atasını, həm də Kamlanın özünü məhv etməyə hazırdır.
Hindistan istehsalı olan «Geet» filmi 1970-ci ildə rejissor Ramanand Saqar tərəfindən lentə alınıb. Bu musiqili dramın əsas rollarını Racendra Kumar, Mala Sinxa, Nasir Hüseyn və Kumkum canlandırıb.
«Geet» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 19 sentyabr 1970
- Ölkə
- Hindistan
- Rejissor
- Ramanand Saqar
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Nastia
- Müddət
- 170 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın