
Qətl
On doqquzuncu əsrin altmışıncı illərində Yaponiyaya əcnəbilərin gəlişi ölkə daxilində ciddi fikir ayrılığı yaradır. İmperator tərəfdarları gəlmələri qovmağa çalışır. Şoqunatın tərəfində olanlar isə münasibətləri gərginləşdirməməyin daha doğru olduğunu düşünür.
Bu iki barışmaz qüvvə arasında körpü rolunu ronin Hatiro Kiyokava oynayır. Samuray ailəsində doğulmasa da, o, yüksək təhsilə və mükəmməl qılıncoynatma bacarığına sahibdir. Hatiro qarşı-qarşıya gələn tərəflər arasında yer alaraq proseslərdə iştirak edir.
«Ansatsu» tarixi döyüş və dram filmi 1964-cü ildə Yaponiyada istehsal olunub. Rejissor Masahiro Şinodanın ərsəyə gətirdiyi ekran əsərində baş rolları Tetsuro Tamba, Şima İvaşita, Eici Okada və İsao Kimura canlandırıb.
«Qətl» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 4 iyul 1964
- Ölkə
- Yaponiya
- Rejissor
- Masahiro Şinoda
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Рябов
- Müddət
- 104 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın