
Kohinoor
Kailaş Naqar hökmdarının vəfatından sonra taxt-tac qanuni varis olan şahzadə Devendraya qalır. Ögey anası dövlətlər arasındakı birliyi möhkəmləndirmək üçün ona qonşu Rac Naqar dövlətindən şahzadə Çandramukhi ilə evlənməyi təklif edir. Əvvəlcə bu izdivaca qarşı çıxan şahzadə qızı görən kimi ona vurulur.
Lakin gənclərin səadətinə kölgə düşür. Qonşu səltənətin iddialı baş komandanı da Rac Naqarda hakimiyyəti ələ keçirmək və Çandramukhi ilə evlənmək arzusundadır. O, bu ittifaqı pozmaq və taxtı qəsb etmək üçün hər cür hiyləyə əl atır.
1960-cı ildə Hindistanda istehsal olunmuş «Kohinoor» filminin rejissoru S.U. Sannidir. Macəra və komediya ünsürlərini birləşdirən melodramda baş rolları Dilip Kumar, Mina Kumari, Azim və Bina canlandırıb.
«Kohinoor» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1960
- Ölkə
- Hindistan
- Rejissor
- S.U. Sanni
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Həvəskar birsəsli
- Müddət
- 151 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın