
Yalnız irəli
Hüquq-mühafizə orqanları ölkənin hərbi texnologiyalarını xaricə qanunsuz satan cinayətkar dəstənin izinə düşür. Təhlükəli cinayətkarların arasına daxil olmaq üçün milis əməkdaşı Uxov gizli əməliyyata cəlb edilir. Uydurma bioqrafiyaya görə o, cinayətkar ailədən çıxmış və dəfələrlə həbsdə yatmış biridir. Bu əfsanə sayəsində o, quldurların etibarını qazanmağı bacarır.
Əsas hədəf Henrix adlı qrup rəhbərinə çatmaq və onu ifşa etməkdir. Lakin mürəkkəb oyunu davam etdirən Uxov bir müddət sonra çıxılmaz bir tələyə düşdüyünü anlayır. Buradan xilas olmağın yeganə yolu isə həyatını riskə atmaqdan keçir.
«Yalnız irəli» (Tolko vpered) adlı Rusiya döyüş filmi 2008-ci ildə ekranlara çıxıb. Ekran əsərinin quruluşçu rejissoru Maksim Briusdur, baş rolları isə Maksim Drozd, Sergey Koşonin, Anna Slinko və Andrey Fedortsov canlandırıb.
«Yalnız irəli» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 21 noyabr 2008
- Ölkə
- Rusiya
- Rejissor
- Maksim Brius
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
- Müddət
- 98 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın