
Qanlı yumruqlar
Yaponiyada iki il sürgündə qalan xain vətəninə qəddar döyüşçülərlə birgə dönür. Onlar vəba xəstəliyinin çarəsi sayılan nadir Əjdaha otunu ələ keçirmək istəyirlər. Yerli sakinlər bitkini satmaqdan və bitdiyi yerləri göstərməkdən imtina etdikdə, yapon karate klanının rəhbəri yerli döyüş məktəblərinə qarşı hücuma keçir.
Qanundan qaçan Çu Mu Qa bu kəndə gələrək münaqişənin ortasında qalır. Kənd camaatı ona sığınacaq versə də, qısa müddətdə yaponlar yerli sakinləri öldürür, qadınları qaçırır və kunq-fu tələbələrini əsir götürürlər. Əsirləri xilas etmək istəyən Çu Mu Qa düşmənlərlə danışığa girərək otun yerini demək müqabilində döyüşçülərin azad olunmasını tələb edir.
«Qanlı yumruqlar» filmi 1972-ci ildə Honkonqda çəkilib. Döyüş janrındakı bu ekran əsərinin rejissoru Nq Siyuendir. Əsas rolları Çen Sin, Çen Kuantay, Ta Çuan Lyu və Yun Henri Yüy canlandırıblar.
«Qanlı yumruqlar» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın