
Zülmkar
Cinayətkar aləmin nüfuzlu siması Baba Thakur ölüm yatağında olarkən mühafizəçisi Balracdan oğlu Nihalı qorumağı xahiş edir. İllər sonra Balrac köməksiz bir qadını quldurlardan təkbaşına xilas edən Rac adlı cəsur gənclə qarşılaşır. Gəncin cəsarətindən təsirlənən Balrac qızı Komalın təhlükəsizliyini ona tapşırır. Əvvəlcə şıltaqlıq edən Komal getdikcə öz cangüdəninə qarşı sevgi hissləri bəsləməyə başlayır.
Lakin bu məhəbbət tezliklə qisas davası ilə üz-üzə qalır. Balracın himayə etməyə söz verdiyi Nihal Racın bacısının şərəfinə toxunur. İntiqam almağa and içən Rac cəzalandırmaq istədiyi cinayətkarın əslində sevgilisinin qardaşı olduğunu hələ bilmir.
1999-cu ildə çəkilmiş Hindistan istehsalı olan «Zülmkar» (Zulmi) filminin rejissoru Sandeş Koliedir. Ekran əsərində baş rolları Akşay Kumar, Tvinkl Khanna, Aruna İrani və Dara Sinqh canlandırıb.
«Zülmkar» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 16 aprel 1999
- Ölkə
- Hindistan
- Rejissor
- Sandeş Koli
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Peşəkar ikisəsli, Omega
- Müddət
- 136 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın