
Kriminal dördlük
Polis müfəttişi Kumar hərraca aparılan maharaca sərvətlərini şəhərə müşayiət etmək tapşırığı alır. Yolda karvana cinayətkar Devi Sinqh hücum edir. Toqquşmada ağır yaralanan zabit son gücü ilə evinə çatsa da, xəzinənin yerini həyat yoldaşı Şarda Deviyə deyə bilmədən onun qolları üstündə can verir. Çox keçmədən quldur dul qadının yanına gələrək daş-qaşların yerini öyrənməyə çalışır və cavab ala bilmədikdə onun yeganə oğlunu qaçırır.
İllər sonra da itmiş sərvətin aqibəti hələ də məlum deyil. Ustad Süleyman, Şakti Sinqh, Con və Racadan ibarət dörd təcrübəli cinayətkar gizlədilmiş xəzinəni tapmaq üçün birləşir. Onlar axtarışa elə Kumarın dul qadını Şarda Devi ilə əlaqə quraraq başlamaq qərarına gəlirlər.
«Chaar Maharathi» adlı Hindistan macəra döyüş filmi rejissor S. Varis Əli tərəfindən ekranlaşdırılıb və 1985-ci ildə işıq üzü görüb. Ekran əsərinin əsas rollarını Mithun Çakraborti, Tina Munim, Əmcəd Xan və Om Şivpuri canlandırıb.
«Kriminal dördlük» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 27 sentyabr 1985
- Ölkə
- Hindistan
- Rejissor
- S. Varis Əli
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Omega
- Müddət
- 137 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın