
Şankar və Şambhu
Polis müfəttişi Rancit Sinqh bankı qarət edən cinayətkarların arxasınca düşür və quldurlardan birini güllələyir. Qətlə yetirilən soyğunçunun qardaşı Kundan isə oğurlanmış sərvətlə aradan çıxır və asayiş keşikçisindən intiqam almağa qərar verir. O, zabitin ailəsini hədəfə alaraq onların maşınına atəş açır və zərbədən sonra avtomobil körpüdən çaya aşır. Rancit yalnız həyat yoldaşı Lakşmini xilas edə bilsə də, cütlüyün iki körpəsi suların axarında gözdən itir.
Bir müddət sonra müfəttiş Kundanı yaxalayaraq dəmir barmaqlıqlar arxasına göndərir. Lakin nə qarət olunmuş pulları tapmaq, nə də itkin düşən uşaqların izinə düşmək mümkün olur. Doğmalarından ayrı düşən ailə bu böyük itki ilə barışmalı olur.
«Şankar və Şambhu» filmi 1976-cı ildə Hindistanda rejissor Çand tərəfindən çəkilib. Ekran əsərinin baş rollarında Feroz Xan, Vinod Xanna, Sulakşana Pandit və Bindu çəkiliblər.
«Şankar və Şambhu» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın