
Sonuncu döyüşçü
Dəhşətli xəstəlik səbəbindən yer üzündəki insanların böyük hissəsi həyatını itirib və şəhərlər xarabalığa çevrilib. Nyu-Yorkun dağıntıları arasında Baron adlı başçı sağ qalan kiçik bir qrup üçün mühafizə olunan sığınacaq qurur. Bu icmanın üzvü olan alim Kel yararsız torpaqlarda tərəvəz yetişdirməyin yolunu taparaq icmaya yeni bir ümid verir.
Ətrafda dolaşan və hər yeri qarət edən Kerrotun dəstəsi isə bu qapalı məkanı ələ keçirmək istəyir. Təhlükənin yaxınlaşdığını görən Baron kənardan bacarıqlı döyüşçü Karsonu köməyə çağırır. O, aqressiv basqınçılara qarşı sığınacaq sakinlərini qorumalı olur.
ABŞ istehsalı olan «The Ultimate Warrior» fantastik döyüş filmi 1975-ci ildə nümayiş olunub. Ekran əsərinin quruluşçu rejissoru Robert Klauzdur. Baş rolları Yul Brinner, Maks fon Siyudov, Coanna Maylz və Uilyam Smit canlandırıb.
«Sonuncu döyüşçü» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2 oktyabr 1975
- Ölkə
- ABŞ
- Rejissor
- Robert Klauz
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Peşəkar çoxsəsli
- Müddət
- 94 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın