
Dəqiq Atıcı
Keçmiş legionerin azyaşlı qızı radiasiyanın səbəb olduğu xərçəngdən dünyasını dəyişir. Bu böyük kədərə dözə bilməyən ana həyatına qəsd edir. Hər iki yaxınını itirən ata ədaləti özü bərpa etmək qərarına gələrək yerli atom elektrik stansiyasının rəhbərlərini bir-bir aradan qaldırmağa başlayır.
Ölüm təhlükəsi ilə üz-üzə qalan stansiya rəhbərliyi təşviş içində xilas yolu axtarır. Keçmiş döyüşçünü zərərsizləşdirmək üçün onun keçmiş təlimatçısı Frenk Hektora müraciət edirlər. Artıq intiqam alan bu təhlükəli snayperi dayandırmaq vəzifəsi onun vaxtilə hərbi sirləri öyrəndiyi müəlliminin üzərinə düşür.
1999-cu ildə Almaniyada çəkilən «Dəqiq Atıcı» (Straight Shooter) filminin rejissoru Tomas Bondur. Baş rolları Dennis Hopper, Hayno Ferx, Katya Flint və Hannelore Hoqer ifa ediblər.
«Dəqiq Atıcı» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın