
Qisasçı
Küçə soyğunçularının qəfil hücumu Maykl Ceffersonun ağır xəsarətlər alması və şikəst qalması ilə nəticələnir. Vaxtilə Vyetnamda onun sayəsində ölümdən qurtulan Con İstland baş verənlərə biganə qala bilmir. O, keçmiş cəbhə yoldaşının qisasını almaq qərarına gəlir.
Con hərbi keçmişindən qalan bacarıqlardan istifadə edərək Nyu-Yorkun cinayətkar qruplarına qarşı amansız mübarizəyə başlayır. Ədaləti öz gücü ilə bərpa etmək istəyən keçmiş əsgər tədricən küçələri qanunsuzluqdan təmizləyən təhlükəli ovçuya çevrilir.
1980-ci ildə ABŞ-da istehsal olunmuş «The Exterminator» kriminal döyüş filminin rejissoru Ceyms Qlikenhousdur. Ekran əsərinin baş rollarında Robert Ginti, Stiv Ceyms, Kristofer Corc və Samanta Eqqar çəkiliblər.
«Qisasçı» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 21 iyul 1980
- Ölkə
- ABŞ
- Rejissor
- Ceyms Qlikenhauz
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Birsəsli kadrarxası
- Müddət
- 104 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın