
Vice Squad
Qəddar qadın alverçisi Rəmrod bir qadını vəhşicəsinə döyür və zərərçəkən aldığı xəsarətlərdən xəstəxanada həyatını itirir. Əxlaq polisinin əməkdaşı Tom Uolş cinayətkarı dəmir barmaqlıqlar arxasına göndərməyi hədəfləyir. O, qətli törədəni yaxalamaq üçün dünyasını dəyişən qadının Şahzadə ləqəbli rəfiqəsindən istintaqa yardım etməsini xahiş edir.
Lakin həbs əməliyyatı planlaşdırıldığı kimi getmir və cinayətkar polisin əlindən qaçmağı bacarır. Azadlığa çıxan manyak ona xəyanət edən Şahzadədən qisas almaq niyyətinə düşür. İndi Tom qisas yanğısı ilə alovlanan cinayətkarın hədəfinə çevrilmiş bu qadını qorumaq üçün hərəkətə keçir.
1982-ci ildə nümayiş olunan «Vice Squad» bədii filmi ABŞ və Böyük Britaniya kinematoqrafçılarının birgə layihəsidir. Ekran əsərinin quruluşçu rejissoru Qari Şermandır. Baş rollarda Sizon Habli, Geri Suonson, Uinqz Hauzer və Pepe Serna çəkiliblər.
«Vice Squad» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 22 yanvar 1982
- Ölkə
- ABŞ, Böyük Britaniya
- Rejissor
- Qari Şerman
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Peşəkar ikisəsli
- Müddət
- 97 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın