
Oyunun sonu
Birləşmiş Ştatların prezidenti sui-qəsd nəticəsində həlak olandan sonra dövlət başçısının təhlükəsizliyinə cavabdeh olan Xüsusi Xidmət agenti Aleks Tomas baş verənlərə görə özünü bağışlaya bilmir. Vəzifəsini tərk etsə də, o, cinayətin izinə təkbaşına düşmək qərarına gəlir. Həqiqəti üzə çıxarmaq işində ona təkidli jurnalist Keyt Krouford dəstək verir.
İkili apardıqları araşdırmalar zamanı hakimiyyətin ən yüksək pillələrinə uzanan böyük bir qəsd planı ilə üzləşir. İzlər xüsusi xidmət orqanının keçmiş rəhbəri general Montqomeriyə və Milli Təhlükəsizlik İdarəsinin direktoru Von Stivensə aparıb çıxarır.
2005-ci ildə çəkilən «End Game» filmi ABŞ, Kanada və Almaniyanın ortaq istehsalıdır. Rejissoru Endi Çen olan döyüş və triller janrlı ekran əsərində əsas rolları Küba Qudinq kiçik, Enci Harmon, Ceyms Vuds və Patrik Fabian canlandırıblar.
«Oyunun sonu» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın