
Ruslan
Keçmiş cinayətkar Ruslan zəngin təcrübəsinə əsaslanaraq detektiv romanlar yazır və dinc həyat sürür. İllər sonra o, qızının toy mərasimində iştirak etmək üçün köhnə dostu Mixailin yanına gəlir. Məlum olur ki, qızı məhz Mixailin oğlu ilə ailə qurur, dostu isə artıq böyük bir cinayətkar şəbəkənin rəhbərinə çevrilib. Ruslan ailəsinin təhlükəyə düşdüyünü çox gec anlayır.
Toy günü baş verən silahlı hücum qanlı faciəyə səbəb olur: quldurlar onun həyat yoldaşını qətlə yetirir, qızını isə ağır yaralayaraq xəstəxanalıq edirlər. Baş verənlərdə öz qaranlıq keçmişini günahkar bilən ata ədaləti özü bərpa etməyə qərar verir və cinayətkarlardan qisas almağa başlayır.
«Ruslan» (Driven to Kill) döyüş filmi 2009-cu ildə rejissor Ceff Kinq tərəfindən ABŞ, Kanada və Rusiyanın birgə istehsalı ilə lentə alınıb. Baş qəhrəmanı Stiven Siqal canlandırıb, digər rollarda isə Mayk Dopud, İqor Jijiqin və Robert Uizden çəkiliblər.
«Ruslan» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın