
Casus oyunları: Müdrik üçün tələ
Türkiyənin dağ-xizək kurortuna adi turist qismində yollanan kəşfiyyatçı Matveyev və həyat yoldaşı neytral ərazidə gizli agentlə görüşməyi planlaşdırır. Lakin onların bu planı MKİ tərəfindən qurulan təxribat nəticəsində dərhal pozulur və hər ikisi hədəfə çevrilir.
Moskvaya qayıdan kimi Matveyevi elə hava limanındaca həbs edirlər. Məlum olur ki, ABŞ-da fəaliyyət göstərən üç gizli agent ifşa olunub və bu xəyanətdə əsas şübhəli məhz Matveyev sayılır. Özünə tələ qurulduğunu anlayan kəşfiyyatçı nəzarətdən qaçaraq təkbaşına araşdırma aparmaq qərarına gəlir və qanundankənar vəziyyətə düşür.
2006-cı ildə ekranlara çıxan Rusiyanın «Casus oyunları: Müdrik üçün tələ» döyüş filminin quruluşçu rejissoru İlya Maksimovdur. Baş rolları İqor Kostolevski, Yelena Korikova, Aleksandr Poroxovşikov və Aleksandr Tsurkan ifa ediblər.
«Casus oyunları: Müdrik üçün tələ» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 7 may 2006
- Ölkə
- Rusiya
- Rejissor
- İlya Maksimov
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın