
Oyun bitdi, dostum!
Üç yaxın dost lüks bir oteldə xadimə işləyərək böyük pullar qazanmağın xəyalını qurur. Oteldə keçirilən xüsusi qonaqlıq zamanı milyarder oğluna videooyunlar üçün hazırladıqları xüsusi kostyum layihəsini təqdim edirlər. Zəngin qonaq ideyanı bəyənib onlara çek yazsa da, otel meneceri pulu əllərindən alaraq işçiləri qovur.
Özlərinə məxsus olanı geri almaq istəyən gənclər binaya qayıtdıqda qorxunc mənzərə ilə üzləşirlər. Menecerin bədən xəsarəti aldığını görən dostlar məkanı terrorçuların zəbt etdiyini anlayırlar. Təsadüf nəticəsində ələ keçməyən üç xadimə girovları xilas etmək məcburiyyətində qalır.
ABŞ istehsalı olan «Game Over, Man!» komediya və döyüş filminin rejissoru Kayl Nyuvaçekdir. 2018-ci il ekran işində baş rolları Adam Divayn, Anders Holm, Bleyk Anderson və Xloya Brices canlandırıb.
«Oyun bitdi, dostum!» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 21 mart 2018
- Ölkə
- ABŞ
- Rejissor
- Kayl Nyuvaçek
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası, BaibaKo
- Müddət
- 101 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın