
Casus oyunları: Qaçış
Avstriyada yerli xüsusi xidmət orqanları tərəfindən saxlanılarkən rusiyalı kəşfiyyatçının həlak olması rəhbərliyi daxili araşdırmaya vadar edir. Məlum olur ki, agentin itirilməsi Baş Kəşfiyyat İdarəsindən məxfi məlumatların sızması ilə bağlıdır. Qurumda iki il əvvəl ingilis kəşfiyyatçısı Pol Skayllet tərəfindən ələ alınmış «Hörümçək» ləqəbli xain fəaliyyət göstərir.
İngilis agentini ifşa etmək üçün onu Xorvatiyadan qaçıraraq Müdafiə Nazirliyinin xüsusi qapalı müəssisəsində gizlədirlər. Həmin məxfi həbsxanada onun yanına məhbus cildində Sergey Matveyev göndərilir. Matveyev onunla ünsiyyət qurub inamını qazanır və birlikdə qaçış təşkil etməyi təklif edir.
«Casus oyunları: Qaçış» adlı döyüş filmi 2008-ci ildə Rusiyada çəkilib. Ekran əsərinin quruluşçu rejissoru İlya Maksimovdur. Baş rolları İqor Kostolevski, Dmitri Titov, Mixail Samoxvalov və Maqomed Kostoyev canlandırıblar.
«Casus oyunları: Qaçış» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 6 iyun 2008
- Ölkə
- Rusiya
- Rejissor
- İlya Maksimov
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın