
Şaolin şər ölülərə qarşı
Ağ və Qara adlı iki dao ustası qardaş uzun illərdir bir-biri ilə liderlik uğrunda mübarizə aparır. Üstünlük qazanmaq üçün cadu gücündən istifadə etməkdən çəkinməyən qardaşların bu qarşıdurması gözlənilməz fəlakətə yol açır. Nəticədə minillik yuxudan qədim Vampir Kralının ruhu oyanır.
Ümumi təhlükəni görən qardaşlar aralarındakı düşmənçiliyi kənara qoyurlar. Beş ünsürün — metal, ağac, su, od və torpağın gücünü birləşdirərək qədim düşməni zərərsizləşdirməyə müvəffəq olurlar. Lakin Vampir Kralı məğlub edilsə də, onun şər ölülərdən ibarət böyük ordusu intiqam almağa hazırlaşır.
«Shaolin Vs. Evil Dead» qorxu və döyüş elementləri ilə zəngin komediya filmi Honkonqda 2004-cü ildə istehsal olunub. Rejissor kürsüsündə Duqlas Kun əyləşib. Əsas rolları Qordon Lyu, Luis Fan, Herman Çun və Syaoxu Şi canlandırıblar.
«Şaolin şər ölülərə qarşı» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 16 mart 2004
- Ölkə
- Honkonq
- Rejissor
- Duqlas Kun
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Həvəskar birsəsli
- Müddət
- 94 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın