
Mələyin zarafatları
Sahibkar Muxin ətrafındakı hər kəsə qarşı son dərəcə amansız davranır. O, həm ailə üzvlərini, həm də şirkət işçilərini bitmək bilməyən şıltaqlıqları ilə cana yığır. Öz xasiyyətindən zərrə qədər narahat olmayan bu despot biznesmen həyatını eyni qaydada davam etdirməyə hazırlaşır.
Lakin naməlum bir qatilin onun izinə düşməsi hər şeyi dəyişir. Təhlükəli anlarda Muxinin köməyinə sadiq dostu Pçolkin və etibarlı mühafizəçisi Mixalıç çatır. Eyni zamanda sahibkarın balaca qızı qəribə bir şəkildə mələklə dostluq etməyə başlayır.
«Mələyin zarafatları» adlı Rusiya döyüş filmini rejissor Yevgeni Aksyonov 2013-cü ildə çəkib. Ekran əsərində əsas obrazları Artur Vaxa, Mariya Bortnik, Rostislav Berşauer və Yelena Kupraşeviç canlandırıb.
«Mələyin zarafatları» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 8 iyun 2013
- Ölkə
- Rusiya
- Rejissor
- Yevgeni Aksyonov
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
- Müddət
- 86 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın