
Əqrəb sancması
Çarter reysi həyata keçirən təyyarədə sərnişinlərlə yanaşı gizli və təhlükəli bir yük daşınır. Qapalı konteynerlərdə genetik cəhətdən dəyişdirilmiş zəhərli əqrəblər yerləşdirilib. Uçuş zamanı sərnişinlərdən birinin səhvi ucbatından bu qorxunc varlıqlar qəfəslərdən çıxaraq azadlığa qovuşur.
Nəhəng mutantlar qısa müddətdə bütün təyyarəyə yayılır və qarşılarına çıxan hər kəsə hücum çəkməyə başlayırlar. Nə ekipaj üzvləri, nə də sərnişinlər bu qəfil təhlükədən sığortalanmayıb. Sağ qalan azsaylı insan qapalı məkanda ölümcül həşəratlara qarşı mübarizə aparmağa məcbur olur.
«Əqrəb sancması» (Tail Sting) adlı ABŞ istehsalı olan elmi-fantastik qorxu filmi 2001-ci ildə rejissor Pol Uinn tərəfindən çəkilib. Ekran əsərində əsas rolları Laura Putni, Robert Merill, Şirli Brener və Qulşan Qrover canlandırıb.
«Əqrəb sancması» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın