
Sahara Cross
Dörd mütəxəssis yeni boru kəmərinin inşası üçün Tunisə yola düşür. Əcnəbi mühəndislərin işi ərazidə fəaliyyət göstərən terrorçuların hücumu ilə pozulur. Baş verən partlayış nəticəsində onlar nəqliyyat vasitəsini itirir, komanda üzvlərindən biri isə həlak olur.
Sağ qalan işçilər cinayətkarlardan qisas almaq məqsədilə onların ardınca düşürlər. Dəstənin iki üzvünü zərərsizləşdirən inşaatçılar biri qadın olmaqla iki nəfəri girov götürür, lakin səhranın ortasında çarəsiz vəziyyətdə qalırlar. Yerli hakimiyyət orqanları isə elə zənn edir ki, mütəxəssislər terrorçular tərəfindən əsir alınıb və onları xilas etmək üçün axtarışa başlayır.
İtaliya istehsalı olan «Sahara Cross» filmi 1977-ci ildə rejissor Tonino Valerii tərəfindən çəkilib. Kriminal trillerdə baş rolları Franko Nero, Mişel Konstanten, Pamela Villorezi və Mauro Barabani canlandırıb.
«Sahara Cross» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 10 sentyabr 1977
- Ölkə
- İtaliya
- Rejissor
- Tonino Valerii
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Birsəsli kadrarxası
- Müddət
- 97 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın