
Tərəf seç
Doğma qardaşlar həyatda tamamilə fərqli yollar seçiblər. Biri cinayətkar qruplaşmaların arasında qanunsuz işlərlə məşğul olduğu halda, digəri qanunlara riayət edərək biznesini ailə bağlarından da üstün tutur. Lakin uğursuzluqla nəticələnən bir bank soyğunu onların ayrı-ayrı dünyalarını gözlənilmədən bir araya gətirir.
Cinayət aləmində olan qardaş insident zamanı həyatını itirir. Qardaşının qatilindən intiqam almaq və ədaləti bərpa etmək istəyən qanunpərəst iş adamı təhlükəli yola qədəm qoyur. O, həmişə uzaq durduğu qaranlıq küçə həyatının içinə şəxsən daxil olmaq məcburiyyətində qalır.
ABŞ istehsalı olan «Tərəf seç» (Pick a Side) filmi 2021-ci ildə işıq üzü görüb. Döyüş və dram janrındakı ekran əsərinin rejissoru Edvard Kelvin Qrindir. Baş rollarda Şarmaarke Pörsell, Tayron Diqqs, Kreyq B. Uormsli və Rassell E. Conson çəkiliblər.
«Tərəf seç» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 5 sentyabr 2021
- Ölkə
- ABŞ
- Rejissor
- Edward Calvin Green
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 102 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın