
Meqa qasırğa
Elmi laboratoriyaya edilən hücum tədqiqatçı Markus Boydun təcrübəsinin nəzarətdən çıxması ilə nəticələnir. Süni intellekt vasitəsilə idarə olunan fırtına sərbəst qalaraq Böyük Britaniya boyunca hərəkət etməyə və ətrafı dağıtmağa başlayır. Gücünü getdikcə artıran bu texnoloji qasırğa hər yerdə fəsadlar törədir.
Fəlakətin qarşısını almaq üçün texnologiyanın müəllifi, fırtına ovçuları və bir jurnalist bir araya gəlir. Lakin onların işi asan olmayacaq, çünki təhlükəli ixtiranı ələ keçirmək istəyən muzdlu dəstə alimin izinə düşür.
Böyük Britaniya istehsalı olan «Mega Twister» döyüş filmi 2024-cü ildə rejissorlar Tayler-Ceyms və Ben C. Uilyams tərəfindən çəkilib. Baş rollarda Ceymi Lenqlends, Cenna N. Uilson, Leona Klark və Konnor Pauls çıxış edir.
«Meqa qasırğa» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 19 iyul 2024
- Ölkə
- Böyük Britaniya
- Rejissor
- Tayler-Ceyms, Ben C. Uilyams
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 75 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın