
Falla girare
Bilinməyən virusun bütün çətənə plantasiyalarını məhv etməsindən sonra insanlar kədər və ruh düşkünlüyü içində qalır. Şöhrətpərəst internet bloqeri Natan təsadüfən öz həyətində planetdə salamat qalmış yeganə erkək çətənə kolunu aşkarlayır. Lakin tək erkək bitkinin nəsli artırmaq üçün yetərli olmadığını anlamaq çox vaxt aparmır.
Natan öyrənir ki, yeganə dişi nümunə hələ də qorunur və o, Vatikanın nəbatat bağında gizlədilib. Həm varlanmaq, həm də nəsli kəsilmiş bitkini yenidən çoxaltmaq arzusuna düşən bloqer cəsarətli bir oğurluq planlaşdırır. Bu təhlükəli planı gerçəkləşdirmək üçün o, bir-birindən bacarıqsız və qəribə şəriklərdən ibarət dəstə toplayır.
«Falla girare» komediyası 2022-ci ildə İtaliyada ekranlara çıxıb. Layihənin rejissoru və baş rol ifaçısı Campaolo Morellidir. Digər əsas obrazları Laura Adriani, Covanni Espozito və Çiro Priello canlandırıb.
«Falla girare» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 25 noyabr 2022
- Ölkə
- İtaliya
- Rejissor
- Giampaolo Morelli
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 103 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın