
Cincer
Gənc qızların ard-arda yoxa çıxması polisi qaranlıq bir sindikatı araşdırmağa vadar edir. Asayiş keşikçiləri bu şəbəkənin narkotik ticarəti və fahişəliklə məşğul olduğundan şübhələnsələr də, cinayətkarları məsuliyyətə cəlb etmək üçün əllərində heç bir tutarlı sübut tapılmır.
İşi çıxılmaz vəziyyətdən qurtarmaq üçün səlahiyyətlilər fərqli bir plana əl atırlar. Onlar varlı ailədən olan Cincer adlı cazibədar xanımı cinayətkar qruplaşma üzvlərini tələyə salmaq məqsədilə cəlb edirlər. Gənc qadın bütün təhlükələri gözə alaraq polisə dəstək verməyə razılaşır.
ABŞ istehsalı olan bu cinayət və döyüş filmi 1971-ci ildə rejissor Don Şeyn tərəfindən lentə alınıb. Baş qəhrəmanı Şeri Kaffaro canlandırıb, digər rollarda isə Duan Taker, Herbert Kerr və Keysi Donovan çəkiliblər.
«Cincer» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın