
Delta Heat
Polis əməkdaşı şəhərdəki narkotik şəbəkəsinin arxasında duran şəxsləri rəhbərliyə telefonla xəbər verərkən qətlə yetirilir. Cinayətkarlar onun cəsədini ağacdan asaraq aradan çıxırlar. Xidmət yoldaşının bu cür amansızlıqla öldürülməsi faktını araşdırmaq gənc xəfiyyə Mayk Bişopa həvalə olunur.
İstintaq gedişində cavablar axtaran Mayk keçmiş polis Cekson Riversin izinə düşür. Vaxtilə timsahla mübarizədə qolunu itirmiş Rivers çoxdandır təqaüdə çıxıb və bu yırtıcıların əhatəsində, bataqlıqlar arasında tənha ömür sürür. İki fərqli xarakterə malik hüquq-mühafizəçi cinayətkarları tapmaq üçün güclərini birləşdirməli olurlar.
1992-ci ildə ABŞ-da istehsal olunmuş «Delta Heat» döyüş və dram filminin rejissoru Maykl Fişadır. Ekran əsərində əsas rolları Entoni Edvards və Lens Henriksen canlandırıb, digər obrazlarda isə Betsi Rassell və Linda Dona çəkiliblər.
«Delta Heat» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 9 noyabr 1992
- Ölkə
- ABŞ
- Rejissor
- Mixael Fişa
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Визгунов, Birsəsli kadrarxası
- Müddət
- 91 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın