
The Cage Fighter
Qazanxanada çalışan qırx yaşlı Co Karman dörd qız böyüdür və xroniki xəstəlikdən əziyyət çəkən həyat yoldaşına dəstək olmağa çalışır. Maddi çətinliklər və gündəlik gərginliklər ailənin üzərinə ağır yük kimi çöküb. Co üçün bu sıxıntılardan yeganə xilas yolu və daxili rahatlıq qarışıq döyüş növləri ilə məşğul olmaqdır.
Vaxfilə o, zədələnmə riski yüksək olan döyüşləri birdəfəlik tərk edəcəyinə dair ailəsinə söz vermişdi. Lakin yenidən rinqə qayıtmaq həvəsi üstün gəlir və qəhrəman yaxınlarından gizlin məşqlərə başlayaraq yeni qarşılaşmaya hazırlaşır. "The Cage Fighter" sənədli filmi idman ehtirası ilə ailəvi məsuliyyət arasında qalan insanın həyatını əks etdirir.
Ekran əsərinin rejissoru Ceff Unaydır və film 2017-ci ildə ABŞ-da istehsal olunub. Bu idman dramında Co Karmanın özü ilə yanaşı Kalli Karman, Delani Karman və Vernon Biç çəkiliblər.
«The Cage Fighter» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın