
Jinde Meriye
Yaadi və Rehmat uşaqlıqdan bir yerdə böyüyüblər. Zaman keçdikcə bu dostluq sevgiyə çevrilib və gənclər ailə qurmağa qərar veriblər. Lakin qızın professor olan atası bu izdivacın qəti əleyhinə çıxır. O, Yaadini gələcəyi olmayan, məsuliyyətsiz bir insan hesab edir.
Atası Rehmatı Şotlandiyaya aparır və orada onun üçün daha etibarlı, qanunlara hörmət edən bir namizəd tapmaq istəyir. Sevgilisini itirmək istəməyən Yaadi də onların ardınca yola düşür. Rehmatın atasına özünü sübut etmək və təcili varlanmaq məqsədilə gənc oğlan qanunsuz yollara və cinayət aləminə daxil olur.
2020-ci il istehsalı olan «Jinde Meriye» filminin rejissoru Pankac Batradır. Hindistan istehsalı olan layihədə baş rolları Parmiş Verma, Sonam Bacva, Navnit Kaur Dhillon və Yuvrac Hans canlandırıblar.
«Jinde Meriye» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 24 yanvar 2020
- Ölkə
- Hindistan
- Rejissor
- Pankac Batra
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 141 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın