
Cənub okeanının xəzinələri
Huşunu itirdikdən sonra özünə gələn kapitan Den Merill gəmisinin yol yoldaşları tərəfindən ələ keçirildiyini görür. Rita Deline və Bulli Heq dənizçini Sakit okeanın ucqar adasına üzməyə məcbur edir. Onlar yerli sakinlərin gizlətdiyi nadir qara mirvariləri ələ keçirmək niyyətindədir.
Qonaqların gəlişi ağdərili hakim Tuan Mayklın oğlu Corc ilə yerli sərkərdənin qızı Momunun toy gününə təsadüf edir. Tuan adanı tərk etməyi tələb etsə də, Rita gəminin zədələndiyini bəhanə gətirərək sakinlərin etimadını qazanır. Qadının cazibəsinə qapılan Corc xəzinənin nəhəng ahtapot tərəfindən qorunan sandıqda, dənizin dibində olduğunu etiraf edir.
1955-ci ildə ABŞ-da çəkilən «Pearl of the South Pacific» macəra filminin rejissoru Allan Duondur. Əsas rolları Virciniya Mayo, Dennis Morqan, Devid Farrar və Mervin Vay canlandırıb.
«Cənub okeanının xəzinələri» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 24 iyul 1955
- Ölkə
- ABŞ
- Rejissor
- Allan Duon
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Peşəkar ikisəsli
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 86 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın