
Singh vs Kaur
Kənd sakinləri gənc Nihal Sinqhi heç bir işə yaramayan tənbəl biri hesab edirlər. Həmkəndliləri onu zorla evləndirmək istədikdə, oğlan vəziyyətdən yalan yolu ilə çıxmağı qərara alır. Dostu Taari ilə birlikdə internetdən Kanadada yaşayan Casnit Kaur adlı yad bir qızın şəklini tapan Nihal hər kəsə ona aşiq olduğunu söyləyir.
Lakin uydurulan bu hekayə tezliklə oğlanın özünə qarşı çevrilir. Anasının və qohumlarının təkidinə dözə bilməyən Nihal qurduğu tələyə özü düşür. Yalanın üstü açılmasın deyə, o, Vankuverə yollanmalı, həmin qızı axtarıb tapmalı və doğma kəndinə gətirməlidir.
«Singh vs Kaur» Hindistan istehsalı olan, döyüş və melodram elementlərini birləşdirən bir komediya filmidir. 2013-cü ildə nümayiş olunan ekran əsərinin rejissoru Navaniat Sinqhdir. Baş rolları Japji Khaira, B.N. Sharma, Karamjit Anmol və Chander Kalra canlandırıblar.
«Singh vs Kaur» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2013
- Ölkə
- Hindistan
- Rejissor
- Navaniat Sinqh
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Türkçe altyazılar
- Müddət
- 149 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın