
Molli
Qlobal fəlakətdən sonra kimsəsiz qalmış səhralıq ərazilər təhlükəli məkana çevrilib. Məhz bu viranə torpaqlarda tək qalan gənc qız silahlı qarətçi dəstəsinin hədəfinə tuş gəlir. Ətrafı dolaşan quldurlar yeni qurban axtarışındadır və tezliklə onun izinə düşürlər.
Cinayətkarlar onu dərhal məhv etmək fikrində deyillər. Onların əsas məqsədi qızı əsir götürüb kütləni əyləndirmək üçün təşkil olunan döyüş meydanına çıxarmaqdır. Tamaşaçıların gözü qarşısında ölümlə üz-üzə qalmamaq üçün «Molly» adlı fantastik döyüş filminin baş qəhrəmanı təqibçilərinə qarşı mübarizə aparmalı olur.
Niderland istehsalı olan bu filmin rejissor kürsüsündə Kolinda Bonqers və Teys Möese əyləşib. Baş rolu Culiya Bətilan canlandırıb, digər obrazları isə Emma de Pau, Cust Bolt və Annelis Appelhof ifa ediblər. Ekran əsəri 2017-ci ildə işıq üzü görüb.
«Molli» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 11 fevral 2017
- Ölkə
- Niderland
- Rejissor
- Kolinda Bonqers, Teys Möese
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 91 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın