
D-Day
«D-Day» hərbi filmi İkinci Dünya Müharibəsinin həlledici anlarından bəhs edir. Bir qrup amerikalı əsgərə düşmən ərazisinə daxil olmaq barədə çətin tapşırıq verilir. Onların əsas məqsədi mövqeləri güllə yağışına tutan alman pulemyotlarını aşkar edib sıradan çıxarmaqdır.
Döyüşçülər düşmən nəzarətində olan torpaqlarda addım-addım irəliləməyə çalışırlar. Hədəfi məhv etmək üçün gizlilik və komanda şəklində koordinasiyalı hərəkət etmək vacibdir. Əsgərlərin qarşısındakı hərbi obyektlər aradan qaldırılmasa, genişmiqyaslı hücum planı təhlükə altına düşəcək.
Rejissor Nik Lyon tərəfindən çəkilən bu ABŞ istehsalı döyüş filmi 2019-cu ildə ekranlara çıxıb. Əsas rollarda Rendi Kutyur, Çak Lidell, Ueston Keyc və Cessi Kouv çəkiliblər.
«D-Day» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın